Alman tədqiqatçısı Valentin Bruttel də daxil olmaqla, üç alimdən ibarət qrup koronavirusun laboratoriyada yaradılmasına dair sübutlar tapdıqlarını bildiriblər. Onların fikrincə, koronavirus 99,9% təbii virusun süni surətidir.
AzerTimes xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.
Alimlər Sars-CoV-2 genomunda məqsədyönlü genetik manipulyasiyanın bir növ “izi”ni tapıblar.
İmmunologiya üzrə doktorluq dərəcəsi alan Bruttel telekanala bildirib ki, 2021-ci ilin yayında Sars-CoV-2 genomunun laboratoriya mənşəyini göstərə biləcək xüsusiyyətlərini müşahidə edib. Nəticədə o, boş vaxtlarında daha iki alimlə birlikdə tədqiqatlar aparmağa başlayıb:
“Digər molekulyar məlumatlar ilə birlikdə, nəticələrimiz göstərir ki, bu virus 99,9% süni, ola bilsin ki, təbii virusun manipulyasiya edilmiş surətidir”.