Sübhani Ermənistanla “gizli hərbi saziş”dən danışdı

Sübhani Ermənistanla “gizli hərbi saziş”dən danışdı

İranın Ermənistandakı səfiri Mehdi Sübhani İran və Ermənistan arasında hərbi müqavilə bağlanması xəbərini təkzib edib.

AzerTimes xəbər verir ki, bu barədə Sübhani İran mediasına danışıb.

O, belə xəbərlərin dərc edilməsinin İran və region ölkələri arasında dostluq əlaqələrinin inkişafına təsir etmək məqsədi daşıdığına toxunaraq bildirib ki, İran Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması, eləcə də iqtisadi inkişafın tərəfdarıdır.

Qeyd edək ki, “İran İnternasional” İranın Ermənistanla 500 milyon dollarlıq gizli silah sazişi imzaladığı haqda məlumat yaymışdı.

Teqlər: