Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıb.
AzerTimes xəbər verir ki, bu barədə Pravda.az məlumat yayıb.
S.Bəkirov 1964-cü ildə Qazaxda anadan olub. 60 yaşlı vitse-admiral 2020-ci ildən Hərbi Dəniz Qüvvələrinə komandanlıq edirdi.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Bunların arasında Azərbaycan Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev və müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev də var.