Subbakalavrlar heç bir abituriyent üçün rəqib deyil – Məleykə Abbaszadə

Xəbər - Çingiz Səfərli – Trend:

Subbakalavrlar ixtisas seçimində iştirak edən heç bir abituriyent üçün rəqib deyillər.

AzerTimes xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, subbakalavrlar abituriyentlərdən boş qalan yerlərə qəbul edilirlər.


“2019-cu ildə ixtisas seçimində iştriak edən subbakalarvrların sayı 11 min 518, 2020-ci ildə isə 13 min 798 nəfər olub. Eyni balı toplayan subbakalavrlar diplomlarında olan ümumi orta göstəricilər əsasında bir-birindən fərqləndirilirlər. 2019-cu ildə 581, 2020-ci ildə isə 788 subbakalavr dövlət sifarişli yerlərə qəbul olunub. Bu, onu göstərir ki, subbakalavrlar ali məktəblərə qəbul olunmaqla yanaşı, dövlət sifarişli yerlərə də qəbul ola bilirlər”.

Twitter:@cingizsafarli

Teqlər: