Su təsərrüfatı və meliorasiya işçiləri günü…

Su təsərrüfatı və meliorasiya işçiləri günü…

Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilib və hər il bu tarix su təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd olunur.

AzerTimes xəbər verir ki, “Su təsərrüfatı və meliorasiya işçiləri günü” ərəfəsində “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, hər iki təşkilatın kollektivi Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib.

Teqlər: