Su sayğacında narkotik gizlədən şəxs saxlanılıb (FOTO/VİDEO)

Paytaxtın Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə
Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, daxil
olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı
paytaxt sakini Orxan Məmmədov saxlanılıb. Onun əlindəki bağlamaya
baxış zamanı 3 kiloqram narkotik vasitə olan marixuana aşkar
edilib. Aparılan araşdırmalar zamanı Orxan Məmmədovun Nizami rayonu
ərazisində binalardan birinin girişində su sayğacının işərisində
gizlətdiyi əlavə olaraq 60 qram narkotik vasitə də aşkar olunaraq
götürülüb.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə müəyyən edilib
ki, Orxan Məmmədov xarici ölkələrdə yaşayan narkotacirlərdən biri
tərəfindənm narkotik vasitələrin satışını təşkil etmək üçün
narkokuryerliyə cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli
bilindiyi üçün saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.


Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində
polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam
etdirilir.

Teqlər: