Su kanalından yeni ailə quran qadının meyiti tapıldı

Su kanalından yeni ailə quran qadının meyiti tapıldı

Tərtərdə su kanalından qadın meyiti tapılıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, qadının meyiti Tərtər rayonu Səhləbad kəndi ərazisindən keçən beton kanalda aşkar edilib.

Onun 1987-ci il təvəllüdlü Vəsilə Zahid qızı Əliyeva olduğu məlum olub.

Tərtər rayon prokurorluğu hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Qeyd edək ki, həmin şəxs Bərdə rayon sakinidir. O, bir müddət öncə ailə quraraq məcburi köçkünlərin məskunlaşdığı Ağdərə rayonunun Şıxarx qəsəbəsinə köçüb.

Teqlər: