Şabran rayonunda naməlum kişi meyiti tapılıb.
AzerTimes-ın Report-a istinadən xəbərinə görə, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlarında olan kişinin meyiti Taxtakörpü su anbarı ərazisində aşkar olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Hadisənin təfərrüatı araşdırılır.