Su-30 yaşayış evinə düşdü: bəs, niyə ölən olmadı?

Su-30 yaşayış evinə düşdü: bəs, niyə ölən olmadı?

İrkutskda Su-30 qırıcısının düşdüyü evdə 5 nəfər yaşayır. Hadisə baş verən zaman onlar evdə olmayıblar.

AzerTimes xəbər verir ki, bu sözləri şəhərin meri Ruslan Bolotov Teleqram kanalında yazıb.

Bolotov qeyd edib ki, onlara müvəqqəti yerləşmək üçün ev təqdim ediləcək.

Su-30-un düşməsi nəticəsində əmlakına zərər dəyən 2 ailə 100 min rubl (2760 manat) rubl alacaq, daha sonra isə onların evlə təminatı məsələsinə baxılacaq.

Qeyd edək ki, bu gün Su-30-un yaşayış binasına çırpılması nəticəsində hər iki pilot həlak olub.

Teqlər: