Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonun iştirakı ilə “Study UK” proqramının məzunlarının mükafatlandırma mərasimi keçirilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz “Twitter” səhifəsində bildirilib.
“Bu il Böyük Britaniya Məzunlarının Mükafatlandırılması möhtəşəm oldu: ilk dəfə onlayn olaraq təşkil edildi və bu il Nazirimizlə birlikdə iqamətgahımda ev sahibliyi etməkdən məmnun oldum. Bütün qalibləri təbrik edirəm!”, – səfir “Twitter” səhifəsində yazıb.