Stress, əsəb 20-dən çox xəstəlik və orqana təsir edir.
AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, psixiatr Azər Bağırov stressin zərərlərini sədələyib.
– Miqren və gərginlik növündən yaranan baş ağrılarının əsas səbəbi stressdir.
Daha sonra mədə problemləri qeyd olunub. Həddindən artıq gərginlik nəticəsində mədə xorası və həzmsizlik müşahidə edilə bilər.
– Bağırsaq problemləri – qəbizlik, ishal kimi şikayətlər həm də stress nəticəsində meydana gələ bilir.
– Stress dəri xəstəliklərinə də səbəb olur. Buraya saçların qırılmasından tutmuş ekzema, müalicə ilə düzəlməyən qaşıntı və allergiyalar kimi bir çox problemlər daxildir.
Psixiatr stress nəticəsində yaranan digər xəstəlikləri belə sıralayıb:
– Bədən ağrıları: keçməyən boyun ağrıları, bel ağrıları, bədəndə yorğunluq;
– Ruhi problemlər: Depressiya gərgin şəxslərdə daha sıx müşahidə edilir;
– Həddindən artıq kökəlmə, ya da arıqlama gərginlik yaşayanlarda baş verir;
– Unutqanlıq: zehni qarışıqlıq, fikri cəmləmə problemləri əmələ gəlir;
– Beyin qansızmaları daha çox stressli fərdlərdə sıx müşahidə edilir.