Stress, əsəb bağırsaq xərçəngi yaradır

Stress, əsəb bağırsaq xərçəngi yaradır

Çinin Siçuyan universitetinin alimləri xroniki stresin bağırsaq xərçəngində rolunu sübut ediblər.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, siçanlar üzərində aparılan eksperimentdə bağırsağın stresə reaksiyası izlənilib.

Belə ki, güclü stresə məruz qaldıqdan sonra onların bağırsaq mikrobiomu və bakteriyaların durumu öyrənilib.

Məlum olub ki, xroniki stress bağırsaqda çox sayda faydalı bakteriyaları, xüsusən “Lactobacillus” kəskin azaldır, nəticədə bağırsaqlarda polip, şişlərin sürətli inkişafını artırır.

Çünki “Lactobacillus”lar orqanizmin antixərçəng cavabını təmin edir. Əlavə sübutlar üçün alimlər siçanlara laktobakteriyalı, probiotikli yem verib. Müşahidələr göstərib ki, bu zaman şişlərin və metastazların inkişafı ləngiyib.

Alimlərin sözlərinə görə, bu araşdırma kolorektal xərçəngin profilaktikasında yeni imkanlar açacaq.

“Lactobacillus” xərçəng əleyhinə təsiri araşdırılmalıdır.

Teqlər: