Strelkov ”Vaqner”in göstərişilə həbs olundu

Strelkov ”Vaqner”in göstərişilə həbs olundu

Bu gün Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya xüsusi xidmət orqanlarının keçmiş zabiti, Donbas separatçılarının sabiq rəhbəri İqor Strelkovu (Qirkin) saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə RBK-ya Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları Strelkovu günorta saatlarında evindən aparıblar. İstintaq Komitəsinin əməkdaşları onun mənzilində axtarış da keçiriblər. Onun saxlanılması “Vaqner”in keçmiş əməkdaşının tələbi ilə həyata keçirilib”, – məlumatda deyilir.

Strelkovun arvadı Miroslava Reginskaya isə qeyd edib ki, Strelkov evdən məcburi, silahla çıxarılıb:

“Dostlarımdan öyrənə bildim ki, ərimə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi (ekstremizm) ilə ittiham verilib”.

Teqlər: