Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır – Ukrayna

Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır – Ukrayna

Ukraynanın strateji marağı AB, ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlıqdır.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu ölkənin energetika nazirinin müavini Nikolay Kolesnik deyib.

Kolesnik qeyd edib ki, Ukrayna Xəzər dənizindən AB-yə təbii qazın tranziti və saxlanması üçün sərbəst imkanlar təqdim etməyə hazırdır.

Nazir müavini onu da vurğulayıb ki, Ukrayna bu gün neft-qaz kompleksində əməkdaşlıq çərçivəsində tərəflərin tamhüquqlu tərəfdaşıdır.

“Azərbaycanla əməkdaşlıq çərçivəsində əsas infrastruktur layihələrindən biri neftin Xəzər regionundan AB bazarlarına nəqli üçün yeni marşrutun yaradılması üzrə Avro-Asiya Neft Nəqliyyat Dəhlizi layihəsidir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində maraqlıyıq və təbii qazın nəqli marşrutlarının şaxələndirilməsində əməkdaşlığa hazırıq”, – Nikolay Kolesnik vurğulayıb.

Teqlər: