Strateji ekoloji qiymətləndirmənin aparılması qaydası

Strateji ekoloji qiymətləndirmənin aparılması qaydası

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Qərar imzalayıb.

Nazirlər Kabinetindən AzerTimes-a bildiriblər ki, Qərar “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərarla “Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası” təsdiq edilir.

Strateji ekoloji qiymətləndirmə – ətraf mühitə və insan sağlamlığına potensial təsirlərin aşkarlanması, qarşısının alınması və ətraf mühitdən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə strateji sənədlərin, ərazi planlaşdırılması sənədlərinin ekoloji təhlükəsizlik baxımından sistemli qiymətləndirilməsini əhatə edir.

Teqlər: