Avropa Şurası Parlament Assambleyasının (AŞPA) builki payız və yekun sessiyası açılır.
AzerTimes-ın məlumatına görə, AŞPA-nın builki sessiyası sentyabrın 27-dən 30-dək Strasburqda keçiriləcək.
Məlumata əsasən, gündəmin əsas maddələri iqlim dəyişikliyi ilə əlaqədar məsələlərdən ibarət olacaq:
“Ətraf mühit və insan hüquqları: təhlükəsiz, sağlam və dayanıqlı ətraf mühit hüququ” mövzusunda yüksək səviyyəli panel və interaktiv debatlar, həmçinin bu mövzuda bir gün davam edən müzakirələr payız sessiyasının proqramının əsas məqamlarıdır”.
Gündəlik proqramı layihəsinə sasən, sentyabrın 29-u iqlim dəyişikliyi və bununla əlaqədar proseslərin təsirləri ilə bağlı 8 debat keçiriləcək.
Gündəlik proqramı layihəsi sentyabrın 27-si sessiyanın açılışında təsdiq edilməlidir.