Stradivarinin 200 milyon dollarlıq 12 skripkası “Dünyanın ən bahalı musiqisi” üçün bir araya gələcək

Məşhur ustad Stradivarinin 146 milyon funt sterlinq ($200 milyon) dəyərində 12 ədəd skripkası “tarixin ən bahalı albomu”nu yazmaq üçün bir araya gətirilib.

Trend xəbər verir ki, layihəni “J&A Beare” şirkətinin skripka satıcısı Stefann Smit hazırlayıb.

Albomun yazılması məqsədi ilə skripkalar Avropa, Amerika və Asiya üzərindən birinci sinif aviareyslərlə Londona çatdırılıb. Alətlər layihənin həyata keçiriləcəyi müddətə icarəyə verilib.


“12 Stradivari” adlı albom 10 sentybarda təqdim ediləcək.

Ümumilikdə bu günə qədər Antonio Stradivarinin (1644-1737) düzəltdiyi təxminən 450 skripka da daxil olmaqla 650 alət saxlanılıb. Ustadın fəaliyyətinin “qızıl dövrü” adlanan 1700-1720-ci illərdə yaratdığı alətlər isə daha yüksək qiymətləndirilir.

Teqlər: