Storonski Rusiya vətəndaşlığından imtina etdi

Storonski Rusiya vətəndaşlığından imtina etdi

Britaniyanın “Revolut” maliyyə texnologiyaları şirkətinin həmtəsisçisi Nikolay Storonski Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsi ilə razılaşmadığı üçün Rusiya vətəndaşlığından imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə bazar günü “Teleqraf” məlumat yayıb.

“Nik Britaniya vətəndaşıdır. Bu ilin əvvəlində o, Rusiya vətəndaşlığından imtina edib. Onun müharibə ilə bağlı mövqeyi açıqlanıb və o, hərbi əməliyyatları dayandırmağa qətiyyətlə çağırmaqda davam edir”, – mənbə bildirib.

O əlavə edib ki, əvvəllər Revolut Rusiyadakı fəaliyyətini məhdudlaşdırıb, Rusiya və Ukraynadakı əməkdaşlarına başqa ölkələrə köçməkdə köməklik təklif edib.

Məlumata görə, oktyabrın 19-da sahibkarın atası Ukrayna sanksiyaları altına düşüb. Nikolay Mironoviç Storonski “Qazprom Promgaz” ASC-nin baş direktoru vəzifəsini tutur və bu, onun sanksiyalar siyahısına salınmasına səbəb olub.

Teqlər: