Norveç Baş naziri Yonas-Qar Störe Ukraynaya gizli şəkildə səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə NKR kanalı məlumat yayıb.
Qeyd olunub ki, baş nazirin səfəri ilə bağlı təhlükəsizliklə əlaqədar məlumat verilməyib. O, NATO-nun Madrid sammitindən sonra qatarla Kiyevə gəlib və burada müharibə nəticəsində dağıdılmış binalarla tanış olub.
Prezident Vladimir Zelenski ilə görüşən Störe Ukraynaya 10 milyon avro yardım vəd edib.