Stoltenberqin yerinə Frederiksen gələcək?

Stoltenberqin yerinə Frederiksen gələcək?

Danimarkanın baş naziri Mette Frederiksen NATO-nun baş katibi postuna keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

AzerTimes xəbər verir ki, bu barədə “Ritzaus Bureau” agentliyi məlumat yayıb.

“Güman edirəm ki, biz Vilnüs (NATO sammitinin keçiriləcəyi şəhər –red.) məsələsini müzakirə edəcəyik. Danimarkanın baş naziri kimi başqa iş üçün iddia etmirəm”, – deyə Frederiksen iyulun 5-də ABŞ-a planlaşdırılan səfəri və Co Baydenlə görüşü barədə bildirib.

Qeyd edək ki, “Politiko” nəşri bu ilin sentyabrında vəzifə səlahiyyəti bitən Stoltenberqin yerinə Danimarka baş nazirinin gələcəyini iddia etmişdi.

Teqlər: