Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

NATO Baş katibi Yens Stoltenberqin Qafqaza səfəri son dörd ildə ilkdir. Bu, regiondakı mühüm dəyişikliklər fonunda baş verir.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Azərbaycan Qarabağ üzərində öz yurisdiksiyasını bərpa etdikdən sonra təkcə güc balansı deyil, həm də ənənəvi müttəfiqlər arasında ikitərəfli münasibətlər kökündən dəyişdi. Moskva ilə İrəvan arasında münasibətlərdə genişmiqyaslı böhran başladı. Əksinə, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişləndi. Ümumilikdə Aİ-nin, xüsusən də Fransanın regionla bağlı addımları intensivləşdi. Hazırda Hindistan və Çinin regionda mövcudluğu daha çox nəzərə çarpır. Təbii ki, Türkiyə faktoru həddən artıq önəm kəsb edir. Əslində Ankara Qafqazda əsas maraqlı tərəflərdən birinə çevrilib”, – Markedonov bildirib.

Rusiyalı politoloq Ankaranın rəsmi Bakının əsas müttəfiqi olduğunu diqqətə çatdırıb.

“Eyni zamanda Azərbaycan İsraillə də müttəfiq münasibətlərə malikdir. Bəli, bu gün Qərblə Bakı arasında münasibətlərdə müəyyən çətinliklər yaşanır. Lakin NATO bütün mümkün çətinlikləri aradan qaldırmaq istəyir. Digər tərəfdən, Brüssel Ermənistan-KTMT əlaqələrini zəiflətməkdə maraqlıdır. Alyans İrəvanla Bakı arasında yeni silahlı münaqişə ehtimalını dayandırmaq və öz himayəsi altında regional asayişi təmin etmək istəyir. Üstəlik, bunu Moskva, Pekin və Tehranın regiondakı təsirini minimuma endirməklə həyata keçirməkdə maraqlıdır. Burda illüziya yoxdur”, – deyə Markedonov vurğulayıb.

Teqlər: