Stoltenberqdən Ukrayna açıqlaması: Razılıq olacaq!

Stoltenberqdən Ukrayna açıqlaması: Razılıq olacaq!

Madrid sammitində NATO-ya üzv ölkələr Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcək.

AzerTimes xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, NATO üçün Madrid sammiti həlledicidir:

“Çünki 30 müttəfiq ölkə Avropada İkinci Dünya Müharibəsinin bitməsindən sonra ilk dəfə ən böyük təhlükəsizlik böhranını həll etmək üçün müzakirəyə toplaşır”.

Y.Stoltenberq qeyd edib ki, müzakirə olunacaq məsələlərin mərkəzində Rusiya və Ukrayna olacaq:

“Biz həmçinin, Şimali Afrika və Saheldə baş verən terrorizm və ya qeyri-sabitlik də daxil olmaqla digər təhlükələri diqqətdə saxlayacağıq. Bu isə bizim cənub ölkələri ilə əməkdaşlıq səylərimizi gücləndirəcək. Terrorizmlə mübarizə, sərhəd nəzarəti və müdafiə və təhlükəsizliyi gücləndirmək məqsədilə biz Mavritaniyaya yeni dəstək paketi üzərində razılığa gələcəyik”.

Qeyd edək ki, Madrid sammiti 28-30 iyun tarixlərində keçiriləcək.

Teqlər: