NATO Rusiya və Çindən artan təhlükəyə önləm almaq məqsədi ilə nüvə silahlarını döyüşə hazır vəziyyətə gətirmək – daha çox nüvə silahı yerləşdirmək, onları anbardan çıxarmaq və gözləmə rejimində saxlamaq üçün danışıqlar aparır.
AzerTimes xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın “Teleqraf” qəzetinə deyib.
O bildirib ki, nüvə şəffaflığı NATO-nun alyansı daha təhlükəli bir dünyaya hazırlamaq üçün nüvə strategiyasının təməl daşı olmalıdır:
“NATO-nun məqsədi, əlbəttə ki, nüvə silahı olmayan bir dünyadır. Lakin nüvə silahı mövcud olduqca biz ittifaq olaraq qalacağıq. Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olub, NATO-nun isə olmadığı bir dünya daha təhlükəli bir yer olar”, – o bildirib.
Xatırladaq ki, Y.Stoltenberq keçən həftə nüvə silahlarının NATO-nun son təhlükəsizlik zəmanəti və sülhü qorumaq vasitəsi olduğunu söyləyib.