Cənubi Qafqazda sabitlik Avro-Atlantik region üçün çox vacibdir.
AzerTimes xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycanın davamlı sülhə nail olmaq imkanı var.
Stoltenberq bununla bağlı nizamlanmaya və xalqlar üçün davamlı sülhün bərqərar olmasına yol açacaq razılaşmanın əldə olunmasına çağırıb:
“NATO Ermənistanın suverenliyini və ərazi bütövlüyünü və onun sülhsevər arzularını təşviq edir”.