Ukrayna münaqişəsi başlayandan Kiyev üçün ən çətin dövr gəlib çatıb.
AzerTimes xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq CNN-ə müsahibəsində deyib.
“Bəli, bu doğrudur, indi bu müharibənin ən çətin vaxtıdır” – deyə o bildirib.
Baş katib Rusiya ordusunun bir sıra kiçik uğurlara nail olduğunu da etiraf edib.
Eyni zamanda, Stoltenberq müharibələrin gözlənilməz olduğunu vurğulayıb, lakin Rusiyanın daha böyük irəliləyişini güman etmədiyini söyləyib.