Bu gün Avropada yaşananlar, sabah Şərqi Asiyada baş verə bilər. Ukraynadakı müharibə sayəsində təhlükəsizliyin artıq regional deyil, qlobal olduğunu görürük.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
O eyni zamanda bildirib ki, Avropanın Rusiya enerjisindən asılılığı bizim üçün yaxşı deyil:
“Ona görə də Çin və ya digər avtoritar rejimlərlə eyni səhvə yol verməməliyik. İdxal etdiyimiz məhsul və xammaldan çox asılı olmamalı, bizə qarşı istifadə oluna biləcək əsas texnologiyaları satmaqdan çəkinməli və kritik infrastrukturlarımızı qorumalıyıq. Təbii ki, Çinlə iqtisadi və ticarət əlaqələrimizi qoruyub saxlamalıyıq. Bununla belə, iqtisadi maraqlarımız təhlükəsizlik maraqlarımızdan üstün olmamalıdır”.