NATO-nun baş katibi Yens Stoltenberq iyunun 1-də ABŞ-ın paytaxtı
Vaşinqtona səfər edəcək.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin
mətbuat katibi Ned Prays deyib.
Onun sözlərinə görə, Vaşinqtonda keçiriləcək danışıqlarda baş
katib Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsini müzakirə
edəcək.
“Dövlət katibi (Entoni Blinken – red.) Finlandiyalı həmkarı
(Pekka Haavisto – red) ilə keçən həftəki görüşləri də daxil
olmaqla, bu barədə bir sıra danışıqlar aparıb. Bildiyiniz kimi,
NATO-nun baş katibi Yens Stoltenberq sabah burada olacaq,
gözlənildiyi kimi, bu da onunla təmasların mövzusu olacaq”, – deyə
N.Prays bildirib.