Stoltenberq Türkiyəyə buna görə təşəkkür etdi

Stoltenberq Türkiyəyə buna görə təşəkkür etdi

Türkiyə milli müdafiə naziri Hulusi Akarla NATO Baş katibi Yens Stoltenberq arasında Brüsseldə görüş keçirilib.

AzerTimes xəbər verir ki, görüşdə Akar NATO-da üzərinə düşən öhdəlikləri yerinə yetirən Türkiyənin bundan sonra da bunu davam etdirəcəyini bildirib.

Stoltenberq Türkiyənin NATO-da mühüm müttəfiq olduğunu, taxıl dəhlizində, qlobal ərzaq böhranının həllində və əsir mübadiləsində fəal rol oynadığı üçün Türkiyəyə təşəkkür edib.

Teqlər: