NATO Baş katibi Yens Stoltenberq Belarus Prezidenti Aleksandr Lukaşenkonu Minski Ukrayna münaqişəsinə cəlb etməyi dayandırmağa çağırıb.
AzerTimes xəbər verir ki, o, bu barədə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iki günlük toplantısına gələrkən bildirib.
“Şimali Atlantika Alyansının üzvləri bilirlər ki, Belarus Ukraynaya raket atmaq üçün tramplin kimi istifadə olunub”, – Stoltenberq söyləyib.