Hazırda Ukrayna ordusu cəbhədə çox çətin vəziyyətdədir.
AzerTimes xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Cəbhə xəttində (Ukrayna üçün-red.) vəziyyət çox ağırdır. Avdeyevkanın tutulması da daxil olmaqla, Rusiyanın bəzi nailiyyətlərini gördük. Bu ciddidir. Ukrayna ordusu qismən NATO müttəfiqlərinin onları kifayət qədər döyüş sursatı ilə təmin edə bilməməsi, o cümlədən ABŞ-da Kiyevə hərbi dəstək vermək barədə qərarın olmaması səbəbindən bu vəziyyətə düşüb”, – o bildirib.
Baş katib NATO üzvlərini Kiyevə dəstəyi gücləndirməyə çağırıb.