Məqsədim İsveçin alyansa üzvlüyünü Türkiyədə keçiriləcək seçkidən sonra və iyulun 11-də keçiriləcək sammitdən əvvəl ratifikasiya etməkdir.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, İsveç Türkiyədə keçiriləcək seçkidən sonra NATO-ya üzv olmaq üçün hələ də “yaşıl işıq” yandıra bilər:
“Məqsədim Türkiyədəki seçkidən sonra, amma Vilnüsdəki sammitə qədər İsveçin ratifikasiyasına nail ola bilməkdir”.
Stoltenberq son nəticədə qərarın Ankaranın üzərinə düşdüyünü vurğulayıb.