Stoltenberq Finlandiya və İsveçə gedir

Stoltenberq Finlandiya və İsveçə gedir

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 12-13-də Finlandiya və İsveçə səfər edəcək.

AzerTimes xəbər verir ki, məlumatı NATO yayıb.

Bildirilib ki, Baş katib həmin ölkələrin rəhbərləri ilə Finlandiya və İsveçin alyansa üzvlüyə qəbulunun perspektivini müzakirə edəcək:

“NATO-nun Baş katibi iyunun 12-də Finlandiya Prezidenti Sauli Niinistyö, xarici işlər naziri Pekkoy Xaavisto və ölkənin başqa rəsmi şəxsləri ilə görüşəcək. İyunun 13-də isə İsveçə yollanacaq. Orada Baş nazir Maqdalena Andersson və hökumət üzvləri ilə görüşəcək”.

Qeyd edək ki, bu il mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün ərizə verib.

Teqlər: