NATO Baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkda görüşüb.
AzerTimes xəbər verir ki bu barədə Y. Stoltenberq X hesabında paylaşım edib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Nyu Yorkda görüşməkdən məmnunam. Biz terrorla mübarizəmizi gücləndirməyi müzakirə etdik. Mən Türkiyənin Qara dəniz taxıl müqaviləsini canlandırmaq üçün gördüyü işlərə görə ona təşəkkür etdim. Vilnüsdə razılaşdırıldığı kimi, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə ən qısa zamanda baxacaq”, – baş katib bildirib.