Pelosinin Tayvana səfəri Çinə Taybeyi təhdid edərək həddən artıq reaksiya verməsinə əsas vermir.
AzerTimes xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“ABŞ Tayvana qarşı siyasətinin dəyişmədiyini sadəcə açıq şəkildə nümayiş etdirib. ABŞ və NATO müttəfiqlərinin Tayvana səfər etməsi yeni bir şey deyil. Beləliklə, Çinin kəskin reaksiya verməsi, yaxud Tayvanı təhdid etməsi üçün heç bir səbəb yoxdur”, – o bildirib.
Qeyd edək ki, avqustun 2-i Nensi Pelosinin Tayvana səfər etməsi Pekinin etirazına səbəb olub.