NATO Baş katibi Yens Stoltenberq Berlinə səfərini təxirə salıb.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
“NATO Baş katibi məlumat verdi ki, gözlənilmədən səfərini təxirə salır”, – məlumatda qeyd olunub.
Səfərin təxirə salınmasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, NATO Baş katibi Yens Stoltenberqin Berlinə səfəri zamanı kansler Olaf Şolts və müdafiə naziri Kristin Lambrextlə görüşləri nəzərdə tutulmuşdu.