Türkiyədə səfərdə olan NATO rəhbəri Yens Stoltenberq milli müdafiə naziri Hulusi Akarla birgə helikopterlə Hatayda güclü zəlzələnin yaratdığı dağıntılara baxış keçirib.
AzerTimes xəbər verir ki, H.Akar zəlzələdən sonra görülən işlərlə bağlı Stoltenberqə məlumat verib.
Türk nazir təbii fəlakətdən dolayı NATO-nun verdiyi dəstəyə görə, baş katibə təşəkkürlərini çatdırıb.