Stokholm şəhərində “Xocalıya ədalət!” plakatları yerləşdirilib (FOTO)

İsveç Krallığında fəaliyyət göstərən İsveç Azərbaycanlıları Konqresinin (İAK) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Stokholm şəhərində məlumatlandırma aksiyası təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a bildirilib ki, İAK-dan bildirilib ki, yerli ictimaiyyətin diqqətini xalqımızın başına gətirilən soyqırıma cəlb etmək məqsədilə Stokholm şəhərinin mərkəzində “Xocalıya ədalət!”, “Xocalı soyqırımı – unutmadığımız acı” şüarları yazılmış plakatlar yerləşdirilib. Həmin plakatlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın köməyilə Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri amansız soyqırımı aktı barədə qısa məlumatlar verilib.

Aksiya zamanı İAK fəalları erməni faşistlərinin qadın, uşaq və qocalar da daxil olmaqla 613 Azərbaycan vətəndaşını qətlə yetirdikləri, 487 nəfəri yaraladıqları, 1275 nəfəri əsir götürdükləri, onlardan 150 nəfərin taleyinin indiyədək məlum olmadığına dair məlumatları paytaxt sakinlərinin nəzərinə çatdırıblar.


Qeyd edək ki, İAK-ın ofisinin önündə də “Xocalıya ədalət!” yazılmış banner yerləşdirilib.

Teqlər: