“Stepanakert” artıq yoxdur, olmayacaq – Markedonov

“Stepanakert” artıq yoxdur, olmayacaq – Markedonov

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə, həmçinin Tərtər rayonundakı Sərsəng su anbarının ərazisində və Ağdərədə ölkəsinin bayraqlarını sancıb. “Dqr infrastrukturunun” son qalıqları aradan qaldırıldıqdan sonra Qarabağın Azərbaycan dövlətinə inteqrasiyası prosesi başladı. Və bu prosesdə simvollar əsas elementdir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib.

“Azərbaycanın hazırkı Prezidenti ilk dəfə 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də seçilib. Və qeyd edirəm ki, heç də 99,9% səviyyəsinə yaxın bir nəticə ilə deyil. O zaman cəmi 79,46% səs topladı. Onda Əliyev çoxlarına ancaq böyük atanın varisi kimi görünürdü. Bununla belə, İlham Əliyev bütün sonrakı siyasi karyerası boyunca “istedadlı ailənin istedatsız uşaqları olur” stereotipini məhv etdi – həm daxili siyasi, həm də beynəlxalq aləmdə özünü güclü mübariz kimi göstərərək. Təbii ki, burada söhbət təkcə şəxsi keyfiyyətlərdən getmir. Bakıya bir çox amillər təsir etdi: Ermənistan daxilində Qarabağ faktorunun özünün yenidən qiymətləndirilməsi, bu ölkədə siyasətçi nəsillərin dəyişməsi, Rusiya və Qərbin Azərbaycana, onunla münasibətlərə marağı (çox fərqli səbəblərdən), eləcə də Azərbaycan müxalifəti arasında parlaq liderlərin və cəlbedici ideyaların olmaması. Ancaq mövcud vəziyyətdən yararlanmağı bacarmaq lazımdır. Buna görə də şəxsi amil kiçildilməməlidr.

Qarabağın inteqrasiyasından danışanda nüansları aydınlaşdırmaq lazımdır. Bu, insanların deyil, torpağın inteqrasiyası olacaq. Bütöv Azərbaycan quruculuğu ermənilərin iştirakı olmadan baş tutacaq. Təbii ki, onların kiçik bir hissəsinin Qarabağa qayıtması mümkündür, lakin bu, artıq böyük bir cəmiyyət olmayacaq ki, onunla müəyyən xüsusi qaydaları müzakirə etmək lazım olsun. Etnik azərbaycanlılar Ermənistan SSR-in qurulmasına töhfə verdikləri kimi, ermənilər də Azərbaycan SSR-in qurulmasına töhfə veriblər. Lakin Sovet İttifaqının dağılmasından sonra “dövlət-millət” deyil, “millət-dövlət” layihələri tələb olunmağa başladı. Stepanakert artıq yoxdur, Xankəndi olacaq. Və bu sadəcə toponimik mərhələlərin dəyişməsi deyil. Burada simvolik güc meydana çıxır. Stepanakert Bakı Kommunasının lideri, bolşevik-leninçi və beynəlmiləlçi Stepan Şaumyanın (1878-1918) şərəfinə adlandırılmışdı. Bütövlükdə keçmiş SSRİ-də, xüsusən də Cənubi Qafqazda beynəlmiləlçilik (istər proletar, istərsə də burjua) bu gün dəbdə deyil”, – o bildirib.

Teqlər: