“Stellantis” şirkəti Rusiyadan avtomobil idxalını və ixracını dayandırıb

“Stellantis” avtokonserni Rusiya Federasiyasından avtomobil
ixracını və xaricdən yerli bazara avtomobil tədarükünü
dayandırıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətin Rusiyadakı ofisindən
bildiriblər.

“Rusiyadan “LCV” avtomobillərin ixracı tədarük zəncirinin
pozulması səbəbindən müvəqqəti olaraq dayandırılıb. Biz gündəlik
vəziyyəti izləyirik və çatdırılmaların davam etdirilməsi üçün ən
yaxşı həll yollarını tapmağa çalışırıq”, – deyə qeyd olunub.

Bildirilib ki, konsernin avtomobillərinin Rusiya Federasiyasına
idxalı da dayandırılıb.

Qeyd edək ki, şirkət bir il əvvəl İtaliya-Amerika “Fiat Chrysler
Automobiles” (FCA) və Fransanın “PSA Group” şirkətinin birləşməsi
nəticəsində yaranıb.