Xəbər - Çingiz Səfərli – Trend:
STEAM Azərbaycan Festivalını beynəlxalq səviyyəli bir yarış etmək niyyətindəyik.
Bunu AzerTimes-a açıqlamasında STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib.
O bildirib ki, STEAM Azərbaycan Festivalı ənənəvi olaraq gələn il də keçiriləcək.
“Festivalın əhatə dairəsinin genişləndirilməsini və kateqoriyaların artırılmasını nəzərdə tuturuq. Pandemiya şəraiti imkan verdikcə digər ölkələrdən iştirakçıları da dəvət etmək və STEAM-i təşfiq etmək istəyirik. Bu gün dünyada dördüncü sənaye inqilabı baş verir. Biz gərək XXI əsr bacarıqlarına malik bir şəxsiyyətin yetişdirilməsi üçün məzmun ortaya qoya bilək”, – deyə o əlavə edib.
Layihə rəhbəri onu da qeyd edib ki, dünyada müxtəlif robotexnika yarışları keçirilir, lakin şagirdlər özəl məktəblər və özəl qurumlar vasitəsilə bu yarışlarda iştirak edir. Yaxşı olardı ki, bu, mərkəzləşmiş qaydada, Təhsil Nazirliyinin çətirinin altında, dövlətin dəstəyi ilə həyata keçirilsin.
“Düşünürəm ki, yaxın illərdə Təhsil Nazirliyi bu prosesi öz üzərinə götürəcək. Çünki belə yarışlar üçün nizamlı hazırlıq prosesi olmalıdır” – o bildirib.