Ştaynmayer Astanada Tokayevlə görüşdü

Ştaynmayer Astanada Tokayevlə görüşdü

Astanada səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ştaynmayer Qazaxıstana Tokayevin dəvəti ilə gəlib.

“Görüş zamanı prezidentlər Qazaxıstan-Almaniya strateji tərəfdaşlığının vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib. Prezident Qasım-Jomart Tokayev və Frank-Valter Ştaynmayer danışıqlar zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində, eləcə də neft və qaz sahəsində əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd ediblər”, – məlumatda qeyd olunub.

Teqlər: