Böyük Britaniyanın Baş naziri Keyr Starmer Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə görüşüb.
AzerTimes xəbər verir ki, Starmer Brüssellə münasibətləri sabit və pozitiv əsasda qurmaqda qətiyyətli olduğunu bildirib.
“Qəti şəkildə inanıram ki, Britaniya ictimaiyyəti ən yaxın qonşularımızla münasibətlərdə Breksitin işləməsi, onların maraqlarına xidmət edilməsi, iqtisadi artımın gücləndirilməsi, təhlükəsizliyimizin möhkəmləndirilməsi və qeyri-qanuni miqrasiya, iqlim dəyişikliyi kimi ortaq problemlərin həllində yollar tapmaq üçün praqmatik və məntiqli liderliyə qayıtmaq istəyir”, – Starmer qeyd edib.