Ukrayna Rusiyadakı hərbi hədəflərə zərbə endirmək üçün London tərəfindən ona verilən uzaqmənzilli raketlərdən istifadə etmək hüququna malikdir.
AzerTimes xəbər verir ki, bu sözləri Böyük Britaniyanın yeni Baş naziri Keyr Starmer deyib.
“Britaniyanın hərbi yardımı Kiyevə müdafiə məqsədilə verilir, lakin Ukrayna bu yardımdan necə istifadə olunacağına özü qərar verir”, – o bildirib.
Qeyd edək ki, ötən gün Ukrayna lideri Zelenski bu barədə mediada oxuduğunu, daha sonra Starmerlə görüşdə bunu üzbəüz müzakirə etdiyini bildirmişdi.