Starmer Netanyahu və Abbasla danışdı: İki dövlət prinsipi

Starmer Netanyahu və Abbasla danışdı: İki dövlət prinsipi

Böyük Britaniyanın yeni baş naziri Keyr Starmer İsrail Baş naziri Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbasla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya baş nazirinin ofisinin bəyanatında deyilib.

Netanyahu ilə telefon danışığı zamanı Starmer Londonun zərərli təhdidlərin qarşısını almaq üçün İsraillə əməkdaşlığı davam etdirməyə sadiq olduğunu deyib.

Starmer İsrailin Livanla şimal sərhədindəki vəziyyətin böyük narahatlıq doğurduğunu vurğulayıb.

Qəzza zolağındakı vəziyyətdən danışan britaniyalı baş nazir atəşkəs, girovların qaytarılması və mülki şəxslərə çatdırılan humanitar yardımın həcminin artırılmasının zəruriliyini bildirib. O, əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli iki dövlət prinsipinə əsaslanmalıdır.

Mahmud Abbasla söhbətində Starmer Fələstin üçün islahatların və beynəlxalq legitimliyin təmin edilməsinin vacibliyini söyləyb.

Teqlər: