Starbucks Rusiyadakı fəaliyyətini dayandırır

ABŞ-ın Starbucks şirkəti Ukrayna ətrafında baş verən hadisələrlə
əlaqədar Rusiya Federasiyası ərazisində fəaliyyətini
dayandırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin baş direktoru Kevin
Consonun açıqlamasında deyilir.

“Biz hadisələrin inkişafını izləməyə davam edirik və bu gün
Rusiyadakı bütün iş fəaliyyətimizi, o cümlədən məhsullarımızın
tədarükünü dayandırmaq qərarına gəldik”, – deyə K.Conson
bildirib.


Baş direktor əlavə edib ki, şəbəkənin bütün qəhvəxanaları Rusiya
Federasiyası ərazisində müvəqqəti olaraq fəaliyyətini
dayandıracaq.

Həmçinin bildilib ki, bu barədə qərar Ukrayna ətrafında baş
verənlərlə bağlı qəbul edilib və dərhal qüvvəyə minir.