Dünyanın əksər ölkələrində fəaliyyət göstərən ABŞ-ın “Starbaks” qəhvə şəbəkəsi hazırda ən çətin dönəmini yaşayır.
AzerTimes xəbər verir ki, bu il şirkətin dünya miqyasında satışlarında 1,8 faiz azalma qeydə alınıb.
Şirkətin ən böyük və önəmli bazarı olan ABŞ-da isə satışlar 3 faiz azalıb. Bu, pandemiya və 2008-ci ildəki maliyyə böhranından sonra qeydə alınan ən böyük düşüş hesab edilir.
Bildirilir ki, satışların azalmasına “Starbaks”ın İsrailə dəstək verdiyi üçün boykot edilməsinə olan çağırışlar və qəhvə qiymətlərinin yüksəldilməsi səbəb olub. Şirkətin Türkiyə şöbəsində də qiymətlərdə 2 dəfə artım olduğu bildirilib.
Qiymət artımı səbəbi ilə daimi “Starbaks” müştəriləri belə kofeşopa getməyi tərgidiblər.
Qeyd edək ki, İsrail-HƏMAS münaqişəsinin başlamasından sonra bir qrup şəxs “Starbaks”ın İsrailə dəstək verməsini əsas gətirərək, kofeşop istifadəçilərini boykota çağırmışdı. Şirkət rəsmisi isə mövcud vəziyyətə münasibət bildirərək, “insanlığın yanındayıq” bəyanatını vermişdi.