Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2021-ci ilin iyununda 858 080 ton xam neft idxal olunub. 2020-ci ilin eyni dövründə zavod 755 388 ton neft idxal etmişdi.
Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, STAR-ın iyun ayında pərakəndə satış həcmləri 673 574 ton təşkil edib. 2020-ci ilin iyununda bu rəqəm 414 640 ton təşkil etmişdi.
STAR iyun ayında 553 850 ton benzin, 14 576 ton aviakerosin, 15 450 ton mayeləşdirilmiş neft qazı, 119 094 ton nafta, 6 699 ton neft koksu, 7 270 ton yüksək kükürd tərkibli mazut, 25 260 ton neft emalı zavodu qazı, 404 482 ton digər keçid məhsulları və 108 233 ton digər məhsul istehsal edib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)