“Star” NEZ fəaliyyətini bərpa etdi

“Star” NEZ fəaliyyətini bərpa etdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan “Star”neft emalı zavodu sentyabrın 5-dən planlı təmir-profilaktika və avadanlıqların texniki xidməti üçün dayandırıldıqdan sonra fəaliyyətini bərpa edib.

AzerTimes xəbər verir ki, bu barədə SOCAR-ın Türkiyədəki törəmə “SOCAR Turkiye Enerji” şirkəti məlumat yayıb.

Bildirilib ki, zavodun istehsal gücünün artırılması üçün təxminən 2 ay davam edən“Star” NEZ-də planlı təmir işləri uğurla başa çatıb:

“Star” ilk dəfə istehsalatda planlı fasilə götürüb və bütün avadanlıqların texniki xidməti və modernizasiyası işlərini həyata keçirib”.

Qeyd edilib ki, bu dayanma sayəsində NEZ-in əməliyyat səmərəliliyi artacaq və növbəti 5 il ərzində yeni planlı dayanmalara ehtiyac olmadan fasiləsiz istehsalı təmin edəcək. Təmirin başa çatması ilə zavodun istehsal gücü 2,5% artırılıb.

Teqlər: