STAR neft emalı zavodunun məhsullarını alan ilk beş ölkə məlum olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft
emalı zavodunun məhsullarının idxalçıları arasında ilk beşlikdə
Yunanıstan, Liviya, İtaliya, Belçika və Niderland daxildir.

Trend bu barədə
SOCAR-a istinadən məlumat verir.

Qeyd olunur ki, STAR-ın 2021-ci ildə gəliri 2020-ci illə
müqayisədə 44 faiz artaraq 6,14 milyard dollar təşkil edib. bu
məbləğin 64 faizi daxili bazarın, 36 faizi ixracın payına
düşüb.

STAR neft emalı zavodunun Türkiyənin dizel yanacağı, reaktiv
yanacaq və mayeləşdirilmiş neft qazı bazarında payı müvafiq olaraq
17,5, 12,6 və 5,1 faiz təşkil edir.

Türkiyənin rəqəmsal neft emalı zavodu olaraq STAR 2020-ci ildə
rəqəmsallaşma hesabına 3,4 milyard dollar məbləğində əlavə dəyər
yaradıb. 2021-ci il üzrə göstəricilər hələ açıqlanmayıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: