STAR neft emalı zavodu xam neft idxalını azaldıb

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2020-ci ilin noyabrında 683 452 ton xam neft idxal olunub. Ötən ilin eyni dövründə zavod 878 500 ton neft idxal etmişdi.

Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR noyabrda 541 524 ton dizel yanacağı və 3 239 ton aviasiya kerosini istehsal edib.


Qeyd edək ki, STAR neft emalı zavodunun açılışı 2018-ci il oktyabrın 19-da baş tutub. Zavodun istehsal gücü ildə 10 milyon ton təşkil edir.

Eyni zamanda, hesabat dövründə STAR neft emalı zavodu 62 930 ton dizel yanacağı ixrac edib.

Teqlər: